Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-03-2024 , 11:54

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri: “Əmlak vergisnin həcmini kifayət qədər artıra bilmişik"

“2014-ci ilə qədər bələdiyyənin yaranmış borcunu rayon icra hakimiyyətinin dəstəyi ilə bağladıq"- bu fikirləri Belediyye.infoya Bərdə Bələdiyyəsinin sədri Ruslan Əhmədov bildirib. 

"Etiraf etməliyik ki, bizdən əvvəl bələdiyyə sədri olmuş Sadiq Xəlilovun fəaliyyəti dövründə əvvəlki illərdən fərqli olaraq  DSMF  borcunun bağlanılması üçün ciddi addımlar atılmış ,büdcə vəsaitlərinin artırılması, əlavə dayanıqlı  maliyyə istiqamətlərinin və bələdiyyə müəssisələrinin yaradılması ilə əlaqədar bir sıra ciddi layihələr icra edilmiş və məhz atılan addımların nəticəsidir ki, bələdiyyənin borcunu bağlamaq mümkün olmuşdu”- bu fikirləri söyləyən sədr daha sonra Bərdə Regional Ədliyyə İdarəsinin də mütəmadi olaraq bələdiyyələrə ünvanladığı metodiki tövsiyələrin də  fəaliyyətimizə müsbət yöndə təsir etdiyini bildirib.  

Ötən ildəki  büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, bələdiyyənin büdcə gəlirlərinin həcmi  2023-cü ildə 140.524 manata çatıb. Əldə olunan vəsaitin 58.366 manatı torpaq satışından, 33.019 manatı icarə haqqlarından, 25.843 manatı əmlak vegisindən, 2.103 manatı torpaq vergisindən daxil olub. 

Daxil olan vəsaitdə 690 manat da icra şöbəsinə  ünvanladığımız aktlar sayəsində əldə olunub. 

Sədr kimi fəaliyyət göstərdiyim son bir il  müddətində bələdiyyədə yaranmış işgüzar mühiti daha da inkişaf etdirməyə çalışımışıq. 

Sədr qeyd edib ki, Bərdə Rayon İcra Hakimiyyəti  və Bərdə Regional Ədliyyə İdarəsinin dəstək və tövsiyyələri , onlarla qurulmuş əlaqələrin nəticəsi olaraq  bir çox problemlərin həllinə nail olmuşuq. 

 Bununla yanaşı bələdiyyənin iş prinsipinə ciddi maneələr yaradan bəzi mərkəzi icra orqanları  bələdiyyə tərəfindən  göndərilən sənədlərin vaxtında icra olunmaması fəaliyyətimizə ciddi problem yaratmaqdadır. Hazırda bələdiyyənin əsas fəaliyyət istiqamətləndən biri həm də  vergi ödəyicilərinin maarifləndirilməsini hesab etmək olar.

Hər halda çalışıb uğurlu fəaliyyətimizlə ümidləri döğrultmağa çalışacağıq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər